Qi2 standartı

Qi2 standartı 2023-cü ilin yanvarında Wireless Power Consortium (WPC) tərəfindən elan edilmiş simsiz enerji doldurma standartının növbəti nəslidir.

Wireless Power Consortium (WPC) özü Qi simsiz enerji doldurma standartının işlənib hazırlanmasına və dəstəklənməsinə cavabdeh olan təşkilatdır.

İkinci(Qi2) nəsil birinci(Qi) standartın üstünlüklərini mənimsədi, lakin fərqləri də var:

Bu standartda iki profil var: Extended Power Profile (EPP) və MagSafe əsasında Apple tərəfindən təqdim edilən Magnetic Power Profile (MPP).

EPP (Extended Power Profile ) – Qi simsiz şarj sertifikatına daxil olan əsas simsiz şarj xüsusiyyətlərindən biridir. 2015-ci ildə WPC tərəfindən təqdim edilmişdir.EPP çıxış gücünü 15 Vt-a qədər artıran daha yeni spesifikasiyadır

Magnetic Power Profile (MPP) simsiz enerji ötürməzdən əvvəl simsiz şarj ötürücü və qəbuledici sarqacları (katuşka) avtomatik uyğunlaşdırmaq üçün maqnitlərdən istifadə edən texnologiyadır.

Birinci profili dəstəkləyən, lakin maqnitsiz cihazlara gəldikdə, onlar Qi loqosunu alırlar. Lakin şarj hər iki həlli dəstəkləyirsə, o zaman Qi2 olaraq etiketlənir.

Qi2 cihazları daha sürətli doldurulur.Qi standartı əvvəlcə 5W doldurma sürəti ilə məhdudlaşırdı, lakin Qi2 sertifikatlı telefonların 15W (MagSafe kimi) ilə doldurulmasına imkan verir.

Qi2 ilə ilk nəsildən daha çox cihaz uyğun gəlir. Standartın ikinci versiyası smartfonlar, ağıllı saatlar, noutbuklar və planşetlər tərəfindən dəstəklənir.

Şarj edərkən daha az istilik. Tərtibatçıların fikrincə, Qi2-yə malik qadcetlər akkumulyatoru doldurarkən daha az qızacaq. Bu, batareyaların özləri üçün son dərəcə vacibdir, çünki onlar daim qızdırıldıqda daha az işləyirlər. Müvafiq olaraq, daha az istilik batareyanın ömrünün daha uzun olması deməkdir

Qi ilə hər şey yaxşıdır, lakin batareyanın normal şarj olması üçün şarj stansiyasında və qadcetdəkı sarqaclar (katuşka) daha dəqiq yerləşdirilməlidir. Telefon bir az əyri olsa enerji doldurma artıq 100% effektiv olmayacağ. Problemi həll etmək üçün şarj cihazlarına və qadcetlərə maqnit əlavə olunur. Onlar şarj cihazının və qadcetın yerini dəqiq şəkildə uyğunlaşdırmağa kömək edir.

Bu şarj cihazı, elektromaqnit induksiyasına əsaslanan bütün simsiz şarj cihazları kimi, sadə işləyir.Şarj etmə platformasının özündə bir induksiya sarqacı var. Ona enerji verildikdə onun ətrafında kifayət qədər zəif maqnit sahəsi yaranır. Şarj cihazının sarqacı sahəyə daxil olduqda, batareyaya daxil olan bir cərəyan yaranır.

Qi2 və MagSafe arasında çoxlu oxşarlıqlar var.Məsələ ondadır ki Apple korporasiyası Qi2 standartının hazırlanmasında iştirak edib.
Qi2 standartı – Qi və ona əlavə olunmuş MagSafe və bir sıra təkmilləşdirilmələrin nəticəsidir.
Simsiz enerji doldurmanın səmərəliliyini artırmaq üçün Qi2-nin inkşafı planlaşdırılır.
Qi2 yalnız Apple cihazları üçün deyil, həm də müxtəlif şirkətlərin bir çox digər qadcetları üçün mövcuddur.